ŞOK: Hakim Ronaldodan formasını istəyib!

21 İyun 2018 23:19 (UTC+04:00)

Mərakeş millisinin üzvü Nordin Amrabat Portuqaliya ilə oyunun baş hakimi Mark Qeyqeri sərt tənqid edib. Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, amerikalı referinin fasilədə rəqib komandanın kapitanı Kriştiano Ronaldodan forma istədiyini söyləyən futbolçu dünya çempionatının sirk olmadığını bildirib: "Hakimin əvvəllər necə biri olduğunu bilmirəm. Amma Ronaldodan çox təsirləndiyi görünürdü. Pepeden eşitdiyimə görə, ilk hissə başa çatandan sonra Ronaldodan formasını istəyib. Biz dünya çempionatındayıq. Bura sirk deyil".

Qeyd edək ki, Portuqaliya Ronaldonun 4-cü dəqiqədə vurduğu qolla Mərakeşi məğlub edib. Bu nəticədən sonra Mərakeş yığması mundialla vidalaşıb.