Kuper Misir yığmasından qovulur?

21 İyun 2018 22:18 (UTC+04:00)

Misir millisinin baş məşqçisi Hektor Kuper DÇ-2018 bitdikdən sonra yığmadan ayrılacaq. Belə ki, Misir Futbol Federasiyasının komandanın hələ mundialın qrup mərhələsinin ilk turunda Rusiyaya uduzduğu oyundan sonra 62 yaşlı mütəxəssislə yolları ayırmağa qərar verdiyi bildirilib.

Qeyd edək ki, Misir hər iki görüşdə uduzaraq qrupda qalıb. Xatırladaq ki, H.Kuper 2015-ci ildən Misir millisini çalışdırır.