“Mançester Yunayted” Fredlə 5 illik müqavilə imzalayıb

21 İyun 2018 21:19 (UTC+04:00)

“Şaxtyor”un sabiq yarımmüdafiəçisi Fred karyerasını “Mançester Yunayted”də davam etdirəcək. İngilis klubunun rəsmi saytında yer alan məlumata görə, braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, saziş əlavə 1 il uzadıla bilər. Keçidin detalları açıqlanmasa da, “Mançester Yunayted”in Fredə görə klubuna 60 milyon avro ödədiyi bildirilir.