Tramp II Yelizaveta ilə görüşəcək

21 İyun 2018 10:15 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp kraliça II Yelizaveta ilə görüşəcək. Görüş Trampın Böyük Britaniyaya səfəri çərçivəsində baş tutacaq. SİA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Böyük Britaniyadakı səfiri Vud Conson məlumat verib.

Məlumata əsasən, görüş iyulun 13-də Vindzor qəsrində keçiriləcək.