Tramp II Yelizaveta ilə görüşəcək

21 İyun 2018 06:03 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfəri çərçivəsində kraliça II Yelizaveta ilə görüşəcək. Bu barədə ABŞ-ın Böyük Britaniyadakı səfiri Vud Conson “Sky News”-a bildirib. Onun sözlərinə görə, kraliça ABŞ prezidentini iyulun 13-də Vindzor qəsrində qəbul edəcək. Səfər çərçivəsində D.Tramp həmçinin Böyük Britaniyanın baş naziri Tereza Mey ilə görüşəcək.