İndoneziyada bərə batıb, 192 nəfər itkin düşüb

21 İyun 2018 03:04 (UTC+04:00)

İndoneziyanın Sumatra adasında bərənin batması nəticəsində itkin düşənlərin sayı 192 nəfərə çatıb. “Reuters” agentliyinin verdiyi xəbərə görə, indiyədək 2 nəfərin öldüyü, 18 nəfərin xilas edildiyi təsdiqlənib. Bərə iyunun 19-da, Şimali Sumatra əyalətində qəzaya uğrayıb.