Yuliya Timoşenko siyasətə qayıdır

20 İyun 2018 22:18 (UTC+04:00)

Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko 2019-cu ildə prezidentliyə namizədliyini irəli sürəcək. Bu barədə məlumatı Timoşenko öz Feysbuk səhifəsində yayıb. “Bəli, mən Ukrayna prezidenti vəzifəsinə namizədliyi irəli sürəcəyəm”, – deyə o bildirib.

O, prezident seçkisində qalib gələcəyinə əmin olduğunu deyib. Timoşenko qalib gələcəyi təqdirdə ölkənin parlamentli idarəetmə sisteminə keçirmək üçün referendum keçirəcəyini söyləyib.