Prezident avtomobil yolunun tikintisinə 5,4 milyon manat ayırıb SƏRƏNCAM

20 İyun 2018 18:15 (UTC+04:00)

Prezident İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (5 km)–Kəlbənd–Girk avtomobil yolunun tikintisi məqsədilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.