Gürcüstanın yeni baş naziri seçilib

20 İyun 2018 17:32 (UTC+04:00)

Gürcüstan parlamenti Mamuka Baxtadzenin başçılıq edəcəyi hökumətə etimad göstərib. SİA-nın verdiyi məlumata görə, hökumətdə maliyyə, iqtisadiyyat və xarici işlər nazirləri dəyişib.

Belə ki, Nikoloz Qaqua maliyyə, Georgi Çerkezeşvili iqtisadiyyat və dayanıqlı inkişaf, David Zalkaliani isə xarici işlər naziri olub.