Milli Məclisin növbədənkənar sessiyada son plenar iclasının vaxtı

20 İyun 2018 17:10 (UTC+04:00)

Azərbaycan Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib. SİA-nın məlumatına görə, növbəti – son iclas iyunun 29-a təyin olunub.

İclasın gündəliyinə “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi və digər məsələlər daxildir.

Qeyd edək ki, növbədənkənar sessiyada iyunun 12-də MM-in daha bir plenar iclası keçirilib.