UEFA Avropa Liqasındakı rəqiblərimiz bəlli oldu

20 İyun 2018 16:31 (UTC+04:00)

2018/2019-cu il mövsümündə ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib. SİA xəbər verir ki, mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq təmsilçilərimizdən “Keşlə” Maltanın “Baltsan”, “Qəbələ” Lüksemburqun “Proqres”, “Neftçi” isə Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları iyulun 12-də və iyulun 19-da keçiriləcək.