Hərbi Prokurorluğa yeni mətbuat katibi təyin olundu

20 İyun 2018 16:24 (UTC+04:00)

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinə yeni rəhbər təyin olunub. SİA-nın verdiyi məlumata görə, Firad Fuad oğlu Əliyev respublika hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri vəzifəsində uzun illər Əfrahim Təhməzov çalışıb.