Elmar Məmmədyarov Belarusa səfər edəcək

20 İyun 2018 16:09 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. SİA-nın verdiyi məlumata görə, tədbir çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.