Səyyar yay seminar-treninqlərin keçirilməsinə qərar verildi FOTOLAR

20 İyun 2018 15:39 (UTC+04:00)

Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasəti mədəni irsin qorunması və təbliği, mədəni sərvətlərin yaradılması və inkişafı istiqamətində dövlətin rəhbər tutduğu prinsiplərlə səciyyələnir. SİA-nın məlumatına görə, bununla bağlı mədəniyyət müəssisələrində çalışan əməkdaşların ixtisaslarının artırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra mühüm işlər həyata keçirilir. Belə ki, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən müxtəlif kateqoriyalar üzrə təşkil edilmiş səyyar yay seminar-treninqlərində ümumilikdə 2010-2017-ci illəri əhatə etməklə 1752 nəfər dinləyici iştirak edib.

Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin qorunması, təbliği və bərpası, Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsi, əhalinin asudə vaxtının təşkilində Mədəniyyət mərkəzlərinin rolunun artırılması, habelə kitabxana işinin təşkilində innovasiyaların tətbiqi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinin icrası ilə bağlı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən səyyar seminar-treninqlərin keçirilməsi planlaşdırılıb.

Kürdəmir regional mərkəz olmaqla İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonları üzrə 27.06-01.07-2018-ci il tarixində Mədəniyyət mərkəzləri və klub müəssisələri işçiləri üçün “Maddi və qeyri-maddi mədəni irsin yerlərdə qounması və təbliği” ;

Bərdə regional mərkəz olmaqla Yevlax, Mingəçevir,Tərtər rayonları üzrə 03.07-07.07-2018-ci il tarixində Mərkəzi kitabxana sisteminin və filialların işçiləri üçün “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” ;

Şəmkir regional mərkəz olmaqla Göygöl, Gədəbəy, Daşkəsən rayonları üzrə 10.07-14.07-2018-ci il tarixində Abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah mühafizə problemləri” ;

Ağstafa regional mərkəz olmaqla Qazax və Tovuz rayonları üzrə 17.07-21.07-2018-ci il tarixində Abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah mühafizə problemləri” mövzuları üzrə səyyar seminar-treninqlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, regionların abidə mühafizəçiləri üçün təşkil edilmiş səyyar seminar-treninq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə həyata keçiriləcək.