Zaxarova: "ABŞ kosmosa silah çıxarmaq istəyir"

20 İyun 2018 15:36 (UTC+04:00)

ABŞ kosmosa silah çıxarmaq istəyir. Rəsmi Moskva ABŞ-ın hərbi-kosmik qüvvələrinin yaradılması barədə qərarına münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, ABŞ-ın hərbi-kosmik qüvvələrinin yaradılması barədə qərarına münasibət bildirərəkən deyib: "Vaşinqtonun kosmosa silah çıxarmaq niyyətini növbəti dəfə təsdiq edir. Bu addım bir daha sübut edir ki, ABŞ-ın kosmosda hərbi əməliyyatlar aparmağa istiqamətlənmiş planları var".