"Ordumuz istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır"

20 İyun 2018 14:36 (UTC+04:00)

Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadirdir. SİA xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Zakir Həsənov iyunun 20-də keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə xalqımızı təbrik edən nazir Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.