Ceyhun Elzanın şəklini verilişdə yandırdı VİDEO

20 İyun 2018 17:04 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, ötən gün verilişlərin birində əməkdar artist Elza Seyidcahan müğənni Damlanın şəklini cıraraq, haqqında xoşagəlməz sözlər demişdi. SİA-nın məlumatına görə, bu dəfə həmin proqramda qonaq olan müğənni Ceyhun Əliyev Elzanın şəklini yandırıb və haqqında sərt fikirlər səsləndirib: “İlhamə Quliyeva sizin haqqınızda nə qədər gözəl danışırdısa, bəzən də elə sözlər deyirdi ki, şəxsən mən özüm travma alırdım o sözlərdən. Bu aqressiyanız rəhmətliyin dövründən qalıb. Keçən dəfə baxdım siz Damlanın şəklini cırdınız, çox təsirləndim. O qıza qarşı zərbəniz məni tamaşaçı kimi sarsıtdı. Mən indi sizin şəklinizi yandırsam, ekran qarşısında necə təsirlənəcəksiniz. Sizin şəklinizi yandıracam. Bu gündən sonra “Hit-parad”a gələn ifaçılara bu nümunə olsun. Dərs olsun ki, sənətçi sənətçini bu dərəcədə aşağı salmaz. Görüm bu sizə necə təsir edəcək. Mənə yaraşmır, amma bunu etməliyəm. Bu tüsü çox sobalardan çıxacaq. Və hər kəs öz yerini bilsin. Məncə siz də bundan sonra şəkil cırmazsınız. Bu addımım Elza xanımın sənətinə, şəxsiyyətinə, yazdığı mahnılara deyildi. Onun Damla xanıma etdiyi cavaba idi”.