ABŞ BMT-nın İnsan Hüquqları Şurasını tərk edib

20 İyun 2018 12:09 (UTC+04:00)

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk etmək barədə qərar verib. Bu barədə ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli məlumat verib.

Qeyd olunub ki, bu qərar ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinin təşkilatın ən yüksək səviyyəli məmurları tərəfindən kəskin tənqid olunmasından sonra verilib.