Qulam İshaqzai: "Şərqdə qadınlara ilk seçki hüququ Azərbaycanda verilib"

20 İyun 2018 11:04 (UTC+04:00)

"Milli insan hüquqlarını rolu, insan hüquqlarının təmini beynəlxalq sənədlərdə öz əksini tapıb. Milli insan hüquqlarının təsisatının medianın, təhsilin rolu böyükdür". SİA-nın xəbərinə görə, bu fikirləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Bakıda "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxış edərkən deyib.

Azərbaycanda Cümhuriyyətin 100 illiyinin qeyd olunduğunu deyən İshaqzai söyləyib ki, Şərqdə qadınlara ilk seçki hüququ Azərbaycanda verilib.

O bildirib ki, Azərbaycan dövlətinin Konstitusiyasında insan hüquq və azadlıqları əsas olaraq götürülüb: "BMT-nin insan hüquqları ilə bağlı 9 sənədindən 8-i Azərbaycanda ratifikasiya olunub. BMT ilə Azərbaycan arasında insan hüquqlarının qorunması istiqamətində səmərəli əməkdaşlıq qurulub. Qaçqın və məcburi köçkünlərlə bağlı silsilə tədbirlər keçirilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən 70 keçsə də, bu gündə bu istiqamətdə səmərəli işlər görüb, maarifləndirmə işləri aparıla bilər. 70 illik dövrdə insan ləyaqətinin möhkəmlənməsi istiqamətində mühüm işlər görülüb. Biz Azərbaycanda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün mühüm işlər görəcəyik".