Bayram günləri yol qəzaları 7 ölü, 25 yaralı

19 İyun 2018 13:43 (UTC+04:00)

Bayram günləri respublikada baş verən yol qəzalarının statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün respublikasnın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Bununla da iyunun 15-dən bu günədək respublika ərazisində 14 yol qəzası baş verib ki, nəticədə 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb.