Ana və 7 yaşlı qızı itkin düşüb

19 İyun 2018 12:29 (UTC+04:00)

Qusar rayonunun Xürel kənd sakinləri Əsgərova Sveta Arif qızı və azyaşlı övladı Əsgərova Əminə Elmar qızı itkin düşüblər. Qusar Rayon Polis Şöbəsindən SİA-ya verilən məlumata görə, bu barədə polisə S.Əsgərovanın həyat yoldaşı Elmar Əsgərov ərizə ilə müraciət edib.

Qusar rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji dispanserində qeydiyyatda olan 1988-ci il təvəllüdlü Sveta Əskərova və 7 yaşlı qızı iyunun 7-də evdən naməlum istiqamətdə gedərək bir daha geri qayıtmayıblar.

Aparılan əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, itkin düşən şəxslərin yerini müəyyənləşdirmək mümkün olmayıb.

İtkin düşmüş şəxlər barədə hər hansı bir məlumatı olanlardan hüquq mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.