Türkiyə ordusu Minbicə daxil olub

19 İyun 2018 10:55 (UTC+04:00)

Ankara və Vaşinqton arasında əldə olunan razılaşmalara əsasən Türkiyə ordusu Suriyanın Minbic şəhərinə daxil olub. Xəbər verilir ki, Sacur çayında yerləşən Türkiyə ordusu bölgədə ABŞ qüvvələri ilə birgə əməliyyatlara başlayıblar.

Qeyd edək ki, bir qədər əvvəl baş nazir Binəli Yıldırım ABŞ-la Türkiyə arasında 90 günlük razılaşmanın əldə olunduğunu açıqlamışdı. Razılaşma Minbicdən PYD və YPG silahlılarının təmizlənməsini nəzərdə tutur.