Kim Çen In yenidən Çinə səfərə gəlir

19 İyun 2018 08:36 (UTC+04:00)

Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In iyunun 19-20-də Çində səfərdə olacaq. Bu KXDR liderinin cari ildə Çinə 3-cü səfəri olacaq. Hələlik səfərin detalları barədə məlumat verilməsə də, Çin və Şimali Koreya liderlərinin Koreya yarımadasındakı vəziyyəti, habelə Sinqapurda keçirilmiş Tramp-Kim görüşünün nəticələrini müzakirə edəcəyi güman olunur.

Qeyd edək ki, KXDR lideri Kim Çen In mart və may aylarında Çinə səfər edərək, ÇXR Sədri Si Cinpin ilə görüşüb