Tramp açıqladı: "ABŞ yeni hərbi qüvvə yaradır"

19 İyun 2018 01:19 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Pentaqona təcili şəkildə hərbi-kosmik qüvvələrinin yaradılması ilə bağlı tapşırıq verib. Bu qərarını Tramp Vaşinqtonda çıxışı zamanı elan edib.

“Məsələ ABŞ-ın müdafiəsidirsə, kosmosda varlığımız bəs etmir. Biz ABŞ-ın kosmosdakı üstünlüyünü bərqərar etməliyik”, - Tramp deyib.