“Fənərbaxça”da Aykut Kocaman dövrü başa çatdı

18 İyun 2018 19:25 (UTC+04:00)

“Fənərbaxça”da gözlənilən ayrılıq gerçəkləşib. İstanbul klubunun rəsmi saytında yer alan xəbərə görə, İstanbul təmsilçisi qarşılıqlı razılıq əsasında baş məşqçi Aykut Kocamanla əməkdaşlığa son qoyub.
Artıq “Fənərbaxça”nı kimin çalışdıracağı da böyük ölçüdə dəqiqləşib. Komandaya PSV-nin baş məşqçisi Fillip Kokunun rəhbərlik edəcəyi gözlənilir. Qeyd edək ki, A.Kocaman mövsümün əvvəlində “Fənərbaxça”ya baş məşqçi təyin olunmuşdu.