Gəncə sakinindən “Tramadol” və “Pregabalin” həbləri götürülüb

18 İyun 2018 18:00 (UTC+04:00)

Gəncə sakinindən "Tramadol" və "Pregabalin" həbləri götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Razi Alışovdan 200 ədəd "Tramadol" və 12 ədəd "Pregabalin" həbləri götürülüb.