Fermada yağın olub

18 İyun 2018 11:55 (UTC+04:00)

Bakıda fermada yağın baş verib. FHN-nin saytının verdiyi məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda hazırda fəaliyyət göstərməyən fermanın ərazisində hər biri 300 m2 olan bir-birinə bitişik tikilmiş istismara yararsız 20 ədəd tövlənin 5 ədədinin dam örtüyünün yanar konstruksiyaları 1500 m2 sahədə və ərazidə 10 ha sahədə quru ot yanıb.

Fermanın qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub.