Kürdə batdığı ehtimal olunan uşaq axtarılır

18 İyun 2018 13:18 (UTC+04:00)
Kür çayında batdığı ehtimal olunan şəxsin axtarışları aparılır. SİA-nın FHN-nin saytına istinadən verdiyi məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Zərdab rayonu, Bıçaqçı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Səmədov Kənan Cabir oğlunun batdığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.