Ərdoğandan Məhərrəm İncəyə:"Həddini bil"

17 İyun 2018 22:34 (UTC+04:00)

"Məhərrəm bəy, korrupsiya hallarından danışırsan, həddini bil." Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin korrupsiya ittihamları barədə danışarkən deyib.

“Biz İstanbulu borcla təhvil aldıq. Sən bizim investisiyalarımızı görmürsən? Korsan? Adam oğurluqdan bəhs edir. Həddini bil”, - Ərdoğan bildirib.