“Əl-Qaidə” lideri əsir götürülüb

17 İyun 2018 21:20 (UTC+04:00)

Liviya ordusu Əl-Qaidə terror qruplaşmasının liderlərindən biri sayılan Əbu Safyan bin Kamunu əsir götürüb. Bu barədə “Əl-Arabiya” informasiya yayıb.

Məlumata görə, terrorçulara qarşı keçirilən əməliyyat çərçivəsində terrorçular şəhərdə sıxışdırılıb. Sursatları bitdikdən sonra saxlanılan terrorçular arasında bin Kamu da olub.

Xatırladaq ki, bin Kamu Əl-qaidə lideri Üsamə bin Ladenin Sudanda olduğu müddətdə sürücüsü olub. ABŞ kəşfiyyat orqanları onu yaxalayaraq Quantanamoya göndərib. 2011-ci ildə Liviyaya ekstradisiya olunduqdan sonra həbsdən qaçmağı bacarıb.