Şabran Mərkəzi Xəstəxanasında yanğın olub

17 İyun 2018 19:28 (UTC+04:00)

Bu gün Şabran rayonunda Mərkəzi Rayon Xəstəxanasının ərazisində "Mersedes" markalı təcili yardım avtomobilinin yanar hissələri və dördmərtəbəli binanın 1-ci mərtəbəsində 3 ədəd plastik pəncərə çərçivəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.