Əfqanıstanda ölü sayı 35-ə çatıb

17 İyun 2018 14:33 (UTC+04:00)

Əfqanıstanın Nanqarhar əyalətində kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, son məlumatlara əsasən, yaralı sayı 65 nəfərdir.

Bundan əvvəl terror aktı nəticəsində 26 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilirdi.

Qeyd edək ki, terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.