Baş məşqçi: "Şehiçin Türkiyədə 5 meneceri var"

17 İyun 2018 16:09 (UTC+04:00)

Mövsümün sonunda “Qarabağ”dan ayrılan İbrahim Şehiçin “Ərzurumspor” klubuna keçidinin yubanmasının səbəbləri məlum olub. Qol.az-ın “Fotomaç”a istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Mehmet Altıbarmaq transferin bu vaxta qədər hələ də gerçəkləşməməsinin bosniya və herseqovinalı qolkiperin menecerləri ilə bağlı olduğunu bildirib:
“Bir futbolçunun Türkiyədə 5 meneceri var. Şehiç və onu gətirən menecerlə anlaştık, hər şey qaydasındadır. Amma bosniyalı qapıçını komandamıza gətirmək istəyib, gətirə bilməyən menecerlər məsələni böyüdürlər. Bəlkə də indiyə qədər çoxdan müqavilə imzalayıb onu tətilə göndərəcəkdik. Həmin adamlara görə transfer hələ də gerçəkləşməyib”.

Qeyd edək ki, Şehiçin Superliqaya yenicə vəsiqə qazanmış “Ərzurumspor”la 2 illik müqavilə bağlayacağı bildirilir.