Düz bağırsaq xərçəngi nədir?

19 İyun 2018 02:03 (UTC+04:00)

Düz bağırsaq (latınca rectum) xərçəngi riski 35 yaşdan etibarən artır və ən çox 50 yaşdan sonra rastlanır. Ölümə səbəb olan xərçənglər arasında isə ikinci yerdədir. Əksərən qalın bağırsaqda meydana gələn adenomatoz poliplərdən qaynaqlanır. Ailəsində yoğun bağırsaq xərçəngi, ya polipi olan və xoralı kolit xəstəliyi olanlarda bu xərçəng riski daha yüksəkdir.

Düz bağırsaq xərçəngində ilkin əlamət olaraq nəcis ifraz etmə vərdişindəki dəyişiklik sayılır. “Tenesmus” adlanan bu halı yaşayanlar tualetə gedib rahatlaya bilmirlər. İkinci əlamət isə bağırsaqdan gələn qandır. Çox hallarda bu şikayətlər babasillə qarışdırılır, buna görə ilkin diaqnoz üçün çox gecikmiş olurlar.

Xəstəlik çox tez aşkar edilsə, əməliyyatdan əvvəl radioterapiya və kimyaterapiyaya ehtiyac duyulmur. 40 yaşından etibarən kolonoskopiya və qastroskopiya məsləhət görülür. Erkən diaqnoz sayəsində sağalma şansı yüzdə 80-90 %-dir. Xoş xassəli poliplərin xərçəngə dönüşmədən müəyyən edilməsi və əməliyyatla çıxarılması mütləqdir. Xəstəlik müalicə edilməzsə, digər orqanlara da yayılması qaçınılmazdır. Həkimə gec müraciət edildiyində qaraciyərdə metastaz aşkarlanır.

Hansı yaş qrupunda daha çox rastlanır?

Sütun və bağırsaq xərçəngi riski 50 yaşdan yuxarı artır, 40 yaşdan aşağı isə risk azalır. Yaşı 40-dan aşağı olanlarda bağırsaq xərçəng riski yüzdə 5-7 arasındadır. Mədə xərçəngində isə yaşı 60-65-dən yuxarı olanlarda risk daha böyükdür.

Nələr səbəb olur?

Marqarin tipli doymuş yağların istifadəsi, siqaret, çiy meyvə və tərəvəzlərin yeyilməməsi qırmızın ətin çox yeyilməsi, ətin yanmış, kömürlənmiş halda yeyilməsi bağırsaq və sütun xərçənginə səbəb olur.

Genetik amil də bağırsaq xərçəngi riskinin yaranmasında mühüm sayılır. Bağırsaq xərçəngindən qorunmaq üçün zeytun yağı ilə qidalanmaq, əti düzgün qaydada bişirmək, hər gün 5 km piyada gəzmək, 40 yaşından etibarən hər 10 ildən bir kolonoskopiya və qastroskopiya etdirmək tövsiyə edilir.