Marselo Braziliya millisinin kapitanı oldu

17 İyun 2018 11:20 (UTC+04:00)

Braziliya millisini DÇ-2018-in İsveçrəyə qarşı matçına kapitan kimi “Real”ın müdafiəçisi Marselo çıxaracaq. Qol.az-ın “Sovetski sport”a istinadən yaydığı xəbərə görə, Marselo dünən keçirilən mətbuat konfransında “Real”da vitse-kapitan olduğunu xatırladaraq təcrübəsinin Braziliyaya kömək edəcəyini söyləyib: “Kapitan təyin edilməyimdən məmnunam. Bu, mənim uşaqlıq arzum idi”.

Braziliya millisinin baş məşqçisi Tite bir neçə gün əvvəl bəyan edib ki, hazırkı kapitan Neymar zədəsini tam sağaltmayıb. Xatırladaq ki, E qrupunun Braziliya – İsveçrə qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22.00-da başlanacaq.