Makron Ərdoğanla terrorla mübarizəni müzakirə edib

17 İyun 2018 09:07 (UTC+04:00)

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emanuel Makron arasında telefon danışığı olub. SİA xarici mediaya istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli və regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Suriyadakı son hadisələr, terrorla mübarizə və qaçqın məsələlərin yer aldığı danışıqda, regional problemlərin həlli zamanı ikitərəfli işbirliyinin əhəmiyyətinə xüsusi diqqət yetirilib. Ölkə başçıları, Türkiyə ilə Fransa arasındakı əlaqələrin inkişaf etdirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Prezident Ərdoğan və Fransa prezidenti Makron iyunun 24-də Türkiyədə keçirilən seçkilərdən sonra da iki ölkə arasında six əlaqələrin olduğu səviyyədə qorunub saxlanmasında güclərini əsirgəmiyəcəklərini təsdiqləyiblər.