Ermənilər dinc sakinlərə atəş açıb Qazax sakini yaralanıb

16 İyun 2018 00:07 (UTC+04:00)

Qazax sakini ermənilərin açdığı atəş nəticəsində yaralanıb. Rayonun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə gətirilib.

Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər. Onların sözlərinə görə, G.Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən ermənilər atəş açıb. Nəticədə o, xəsarət alıb.

Qazax Müalicə Qiaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov bildirib ki, yaralıya ilkin tibbi yardım göstərildikdən sonra evə ambulator müalicəyə göndərilib.