Ömrü uzadan 7 qida FOTOLAR

15 İyun 2018 15:10 (UTC+04:00)

Sağlamlıq problemlərindən uzaq uzun həyat yaşamaq istəyirsiz? Onda yediklərimizə mütləq diqqət etməlisiniz. Çox adam əslində sağlam qidalanmanın işlənmiş qidalardan, yağlı yeməkdən uzaq dayanmaq olduğunu düşünür.

Amma bu heç də belə deyil. İstiPress həm faydalı, həm də ömrü uzadan 7 məhsulu təqdim edir:

Qoz
Ürək xəstəlikləri və xərçəngə yaxalanma riskini azaldır. Bağırsaqdakı bakteriyaların qarşısını alır və ən çox ölümə səbəb olan bağırsaq şişinin yaranmasına mane olur.

Omega-3
Bu faydalı yağın mənbəyi balıqdır. Omega-3 üzərk xəstəlikləri ə yaşlanmaya bağlı olan immunitet zəifliyi ilə mübarizə aparır. Balıqdan başqa kətan toxumu, brokoli və ispanaq da omega qaynağıdır.

Qəhvə
İnanmaq çətin də olsa qəhvə ömrü uzadır. Təbii ki, öz qədərində içildikdə.

Tam taxıllılar
Xolestrol səviyyəsini salır. Bu isə ölüm riskinin aşağı düşməsi deməkdir.

Tünd şokolad
Şokolad pəhrizlərin düşməni hesab edilsə də, bu şirniyyatın tünd növünə aid deyil. Təzyiqi tənzimləyir, ürək xəstəliklərinin qarşısını alır. Xoşbəxtlik hormonları sayəsində isə xəstəlik səbəbkarı olan streslə mübrizə aparır.

Qaragilə
Təzyiqi salır, qan damarlarının elastikliyini artırır və infarkt riskini azaldır.

Yaşıl tərəvəzlər
Tərəvəzin sağlamlıq üçün faydasını artıq bilməyən yoxdur. Yaşıl rəngdə olanlar isə üstəlik demansiya (Demensiya - ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) xəstəliyi ilə mübarizə də aparır.