Paşinyan Moskvada başını itirib

15 İyun 2018 14:55 (UTC+04:00)

“Nikolovirus”a Marqaritadan başqa yemək verən olmayıb

“Nikolovirus” Moskvadadır: Rusiyanın dözməkdən başqa çarəsi yoxzdur. Məlumata görə, Ermənistanın populyar şərhçisi Naira Ayrumyanın “Lragir”də Ermənistan baş naziri Nikol Paşiyanın Moskvaya dünya futbol çempionatının açılışı ilə bağlı etdiyi səfəri şərh edən məqaləsini bu cür adlandırıb.

Müəllif erməni baş nazirinin səfərindən bəhs edən yazısını Paşiyanın Moskvadakı erməni sobor kilsəsinə səfərindən başlayıb və xatırladıb ki, aprelin 22-də Paşinyanı dəstəkləmək üçün bu kilsənin həyətinə yığılmış ermənilərə bu günlərdə Moskva məhkəməsi iş kəsdi.

Bununla da Naira Ayrumyan Paşinyanın səfərinin Moskva üçün nə səviyyədə “arzuolunan” olduğuna işarə vurub və həm də dolayısı ilə bildirib ki. Paşinyana görə Rusiyada erməni biznesmenlər də təqib olunur: “Rusiyada əmlakları müsadirə olunan iri erməni biznesmenlərlə o görüşəcəkmi?” – deyə Ayrumyan sual verib.

Naira Ayrumyan kimi qərb yönümlü şərhçiləri narahat edən əsas məsələ Nikol Paşiyanın səbəbli-səbəbsiz Rusiyaya qaçması və Putinin qabağında özünü sözəbaxan şagird kimi aparmasıdır. Putinlə Paşiyanın dünən keçiriliş görüşün videoyazısından belə görünür ki, o, Putinin qarşısında titrək səslərlə danışaraq onu səmimiyyətinə inandırmağa çalışır. Putin və Lavrov isə ona əyri-əyri baxaraq, onu Sorosun pulları ilə Rusiya üçün Cənubi Qafqazda problem yaratmış biri sayırlar.

“Lragir”in başqa bir məlumatında isə bildirilir ki, Nikol Paşiyan Moskvada erməni mənşəli jurnalist, "Sputnik" agentiliyinin baş redaktoru Marqarita Simonyanla görüşərək birlikdə yemək yeyib. Görüş zamanı Paşiyan onu əmin etməyə çalışıb ki, Rusiyanın sadiq dostudur.

Erməni KİV-ləri yazır ki, Paşinyan indi İrəvanda milçəyi belə tapdamır ki, Rusiyanın xoşuna gəlməyə bilər. Məsələn, keçmiş hərbçi, livan ermənisi Jirayr Sefilyanın azadlığa buraxılmasının əleyhinə çıxıb: “Birdən, o çıxıb yenə KTMT-dən çıxmağımızla bağlı mitinqlərə başladı. Onda mən Rusiyaya necə cavab verəcəm?” - deyə Nikol Paşiyanı Moskvaya getmədən öncə silahdaşlarına bildirib.

Bu cür addımlar ifrat qərbçi olan silahdaşlarını narazı saldığı kimi, erməni xalqını da məyus edir. Axı meydanlara çıxan insanlar ona məhz Ermənistanı Rusiya ağalığından xilsa edəcək lider kimi baxırdılar. O isə Sarkisyandan belə qat-qat qulbeçə çıxdı.