Hava şahinlərimiz Bakı səmasında

15 İyun 2018 10:33 (UTC+04:00)

Bu gün növbəti dəfə Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə uçuşlarını keçirib. SİA-nın verdiyi məlumata görə, helikopter və təyyarələr Bakı buxtası üzərlərində növbəti uçuşlar həyata keçirib.