İnsanları evdə məcburi işlədən şəxslər saxlanılıb

14 İyun 2018 20:04 (UTC+04:00)

Azərbaycanda həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il respublika üzrə 6 məcburi əmək faktı müəyyən edilib. Trend-in məlumatına görə, aparılan araşdırmalarla 5 qurbanın, o cümlədən 2 əcnəbinin ölkə daxilində ev qulluğunda və kənd təsərrüfatında istismar edildiyi məlum olub.

Hər iki fakt üzrə başlanmış cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, təqsirkar şəxslər haqqında ittiham hökmləri çıxarılıb.