Məhəmməd Salah Uruqvayla oyunda meydana çıxacaq

14 İyun 2018 19:19 (UTC+04:00)

Misir millisinin hücumçusu Məhəmməd Salahın vəziyyətinə aydınlıq gəlib. Belə ki, misirli futbolçu Uruqvayla keçiriləcək matçda meydana çıxa biləcək. Misir yığmasının baş məşqçisi Ektor Kuper oyun öncəsi keçirilən mətbuat konfransında Salahın zədəsini tamamilə sağaltdığını və oynamağa hazır olduğunu bildirib. Qeyd edək ki, Salah Çempionlar Liqasının finalında “Real”la oynanılan matçda çiynindən zədə almışdı.