299 saylı məktəb-liseydə “Məzun günü” qeyd olunub

14 İyun 2018 18:20 (UTC+04:00)

Bütün ümumtəhsil müəssisələrində olduğu kimi Binəqədi rayonundakı 299 saylı məktəb-liseyində “Məzun günü” təntələli şəkildə qeyd olunub. Tədbirdə məzunlar, valideynlər, müəllimlər və qonaqlar üçün unudulmaz bir anlar yaşanıb.

Məzunların ifasında səsləndirilən mahnı və şeirlər valideynlərin və müəllimlərin gurultulu alqışları ilə qarşılanıb.

Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Solmaz Kazımova 2017-2018-cı tədris ilində qazanılan uğurlardan, əldə olunan bir sıra nailiyyətlərdən bəhs edib. Məzunları və onların ailələrini ürəkdən təbrik edən S.Kazımova əldə olunan uğurların bundan sonrada davam etdiriləcəyinə əminliyini ifadə edib: “Dahi Öndər Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində son illər Azərbaycan təhsili dünyada ən qabaqcıl ölkələr sırasına çıxmışdır. Bu siyasətin bəhrəsini bizlər də görməkdəyik. Məktəbimizin şagirdləri bir sıra olmpiada yarışlarının qalibləri adını qazanıblar və yüksək ballar qazanmaqla ali məktəblərə daxil olublar”.

Tədbirdə Binəqədi rayon icra hakimiyyətinin nümayəndəsi Bilal Selami, yazıçı-publisist İlham Əliyev, müəlimlərdən Sevinc Cəfərova, Elyanə Əliyeva və digərləri çıxış edərək məktəb illəri ilə bağlı öz təssuratlarını bildirmiş, yeni, müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzulayıblar.