Həmsədrlər Qarabağla bağlı bəyanat verdilər

14 İyun 2018 17:13 (UTC+04:00)

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şofer ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birlikdə Ermənistanın rəsmi şəxsləri ilə görüşüblər. SİA-nın verdiyi məlumata görə, həmsədrlər regiona səfərlərinin yekunu olaraq bəyanat veriblər.

“Həmsədrlər bird aha Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri əsasında sülh yolu ilə həllində, güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin edilməsi hüquqlarının rəhbər tutulmasına çağırış edir”-deyə, bəyanatda deyilir.