BDU-nun 100 illik yubileyi ilə bağlı əmr imzalanıb

14 İyun 2018 17:25 (UTC+04:00)

Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında əmr imzalayıb. SİA-nın məlumatına görə, əmrə əsasən, BDU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilib.

Bununla bağlı universitetdə Təşkilat Komitəsi yaradılacaq.

Əmrin icrasına nəzarəti nazir öz üzərinə götürüb.