Kolleclərə sənəd qəbulu bu gün başa çatır

14 İyun 2018 17:15 (UTC+04:00)

I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən (DİM) SİA-ya verilən məlumata görə, lakin elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən təsdiq edə bilən abituriyentlər 20 iyun saat 10:00-dək ərizələrini təsdiq edə bilərlər.

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.