Yevlaxda tibb işçilərinin peşə bayramı qeyd edilib

14 İyun 2018 17:01 (UTC+04:00)

Bu gün icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazidə- Yevlax rayon Mərkəzi Xəstəxanasında (YRMX) 17 iyun - Tibb işçilərinin peşə bayramı qeyd edilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən SİA-ya verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə Yevlax şəhərinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsinini ziyarət edib abidə önünüə gül dəstələri qoyublar. Sonra tədbir Yevlax şəhər Mərkəzi Mədəniyyət evinin iclas zalında davam etdirilib.Tədbir iştirakçılarına icbari tibbi sığortanın fəaliyyətə başlaması, pilot ərazi olaraq Yevlax rayonunda tətbiqi və inkişaf mərhələsindən bəhs edən film təqdim olunub.

Tədbirdə çıxış edən YRMX publik hüquqi şəxsin direktoru Azər İsmayılov səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, o, səhiyyə sahəsində aparılan islahatların nəticəsi olaraq icbari tibbi sığortanın tətbiq edildiyini qeyd edib. O, icbari tibbi sığorta sisteminin tətbiqi nəticəsində tibbi təchizatın yaxşılaşdığını və beləliklə də əhaliyə göstərilən tibbi xidmətlərin effektivliyinin və keyfiyyətinin artırıldığını vurğulayıb . Direktor tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək 5 tibb işçisini əhaliyə göstərdikləri tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərinə görə Təşəkkürnamə ilə təltif edib. Sonra Çıxış edən Yevlax Yevlax şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova İcbari Tibbi Sığortanın pilot ərazi olaraq Yevlaxda tətbiqini çox yüksək qiymətləndirərək vətəndaşlar adından razılığını ifadə edib. O, İcra Başçısnın müvafiq sərəncamı ilə YRMX-nın direktoru A.İsmayılovu və Yevlax rayon ASM-nin şöbə müdiri Vidadi Qafarovu fəxri diplomla təltif edib .

Sonra Çıxış edən qonaqlar Kür qəzetinin baş redaktoru Əminə Yusifqızı, icbari tibbi sığorta xidmətlərindən faydalanmış vərəndaş Almaz Hüseynova qeyd etdilər ki, icbari tibbi sığortanın pilot ərazi olaraq Yevlax rayonunda tətbiqi nəticəsində yuzlərlə ailəyə sevinc bəxş olunub. İnsanlar bu xidmətdən çox yüksək səviyyədə faydalanırlar və buna görə də ölkə Prezidentinə çox minnətdardırlar.

Sonda çıxış edən Yeni Azərbaycan Partiyası Yevlax şəhər təşkilatının sədr müavini, Aparat rəhbəri Əli Quliyev və Səhiyyə Həmkarlar təşkilatının sədri Nurlana Zeynalova tibb işçilərini təbrik edərək onlara bu şərəfli peşələrində uğurlar arzulayıblar. 2 Tibb işçisi fəxri fərman, 8 tibb işçisi Təşəkkürnamə ilə təltif edib.