ATMU-da Buraxılış Yekun Dövlət Attestasiya imtahanına start verilib FOTOLAR

14 İyun 2018 15:52 (UTC+04:00)

Bu gün Azərbaycan Turizm və Menecment Universitetində 2017/2018 – cü tədris ilinin yekunlarına əsasən ali təhsillərini bitirmək üçün tələb olunan kreditləri toplayan bakalavrların Buraxılış Yekun Dövlət Attestasiya imtahanına start verilib. SİA-nın məlumatına görə, universitetin "Biznes idarəçiliyi" fakültəsində başlayan Buraxılış Yekun Dövlət Attestasiya imtahanın açılışında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08.06.2018-ci il tarixli əmri ilə “Maliyyə”, “Menecment” və “Marketinq” ixtisasları üzrə sədr təyin olunmuş Azərbaycan Dövlət İqtisad Universitetinin ”Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, i.e.d., professor Əli Əlirzayev tələbələrə uğurlar diləyib.

ATMU-nun rektoru İlham Mədətov ali təhsil müəssisəsinin bakalavr pilləsini bitirən tələbələrə dörd illik təhsil nəticəsinin qənaətbəxş olacağına əminliyini bildirib.