Argentinada məhbuslar DÇ-ni izləmək üçün aclıq elan ediblər

14 İyun 2018 15:44 (UTC+04:00)

Argentinadakı məhbuslar aclıq aksiyası elan ediblər. SİA-nın məlumatına görə, Puerto-Madrin şəhər həbsxanasındakı dustaqlar Rusiyada keçiriləcək dünya çempionatını izləmək üçün bu addımı atıblar.

Onlar üç gündür işləməyən televiziya kabelinin təmir olunmasını tələb edirlər. Məhbusların məktubunda deyilir: "Biz bu problem həll olunmayınca günorta və axşam yeməklərini qəbul etməməyə qərar verdik".

Məhkəmənin ərizəyə baxmamaq üçün heç bir əsas tapmadığı bildirilir.

Qeyd edək ki, "DÇ-2018"də Argentina millisi İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə birgə D qrupunda mübarizə aparacaq.