Ermənistanda fond direktoru həbs olundu

14 İyun 2018 15:10 (UTC+04:00)

“Yerevan” fondunun direktoru Aşor Kazaryan və Davidaşen inzibati rayonunun sədr müavini Xaçatur Kirakosyan həbs olunublar. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan açıqlama verib.

Məlumata görə, məmurlar tikinti şirkətlərinə iczaə üçün əlavə haqq tələb edirdilər. Onlara 2 maddə ilə cinayət işi açılıb.